Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Vətəndaş müraciətlərinə baxılma ilə bağlı islahatlar müzakirə edilib

User 22 Sentyabr 2026 - 17:21 (Last updated: 22 Sentyabr 2026 - 19:19)
WhatsApp Image 2026-09-22 at 16.56.48 (2)

“Konstitusiya” Araşdırmalar Fondunun təşəbbüsü illə “Vətəndaş müraciətlərinə baxılması: Azərbaycan təcrübəsinin inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda konfrans keçirilib

 

21 sentyabr 2026-cı il tarixdə  “İBİS” Mehmanxanasının konfrans zalında “Konstitusiya” Araşdırmalar Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində yekun Tədqiqat Hesabatının təqdimatına həsr olunmuş konfrans keçirilib.

Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, publik hüquqi şəxslərin məsul şəxsləri, QHT və media nümayəndələri iştirak ediblər. Tədbirə Azərbaycan Respublikası Milli Məclisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”), Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Aparatı, Dövlət İmtahan Mərkəzi, Dövlət Gömrük Komitəsi, Dövlət Məşğulluq Agentliyi, TƏBİB, həmçinin Nərimanov, Binəqədi, Yasamal və Sabunçu Rayon İcra Hakimiyyətlərinin nümayəndələri qatılıblar.

Konfransı giriş sözü ilə açan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, layihənin rəhbəri Əliməmməd Nuriyev dövlət idarəçiliyinin səmərəliliyi və ictimai etimadın gücləndirilməsində vətəndaş müraciətlərinə baxılması mexanizmlərinin mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi və “Vətəndaşların müraciətləri haqqında” Qanun vətəndaşların hüquqlarının reallaşdırılmasında təməl rol oynayır, rəqəmsallaşma və süni intellektin inkişafı isə bu sahədə yeni çağırışlar ortaya qoyur.

Rəqəmsallaşmanın, kommunikasiya texnologiyalarının və süni intellekt alətlərinin sürətli inkişafı fonunda bu mexanizmlərin müasir çağırışlara uyğunlaşdırılmasının zəruriliyini qeyd edən Ə. Nuriyev layihənin əsas məqsədinin vətəndaşların müraciət hüququnun daha səmərəli reallaşdırılmasına və institusional sistemin beynəlxalq standartlara uyğunlaşdırılmasına dəstək vermək olduğunu bildirib.

O  qeyd edib ki, tədqiqat prosesində həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri üzrə hərtərəfli və obyektiv metodologiyadan istifadə olunmuşdur. Metodologiya mövcud praktikanın, beynəlxalq təcrübənin təhlilini, rəqəmsal infrastrukturun monitorinqini, birbaşa dövlət qurumlarına ünvanlanmış sorğuları və fokus qrup müzakirələrini əhatə etmişdir. Seçilmiş 49 dövlət qurumuna (mərkəzi və yerli icra hakimiyyəti orqanları, regional bölmələr, publik hüquqi şəxslər) 19 spesifik sualdan ibarət vahid sorğu anketi göndərilmişdir. Təhlilə rəsmi cavab təqdim etmiş qurumların məlumatları əsasında 2025-ci ildə  ümumilikdə 1,289,912 vətəndaş müraciəti qeydə alınmışdır. Eyni zamanda, dövlət qurumlarının praktiki fəaliyyətini və daxili çətinliklərini öyrənmək məqsədilə genişmiqyaslı keyfiyyət tədqiqatları həyata keçirilmişdir. 18 fərqli dövlət təsisatını təmsil edən 33 məsul əməkdaş prosesə cəlb edilmiş, 3 fokus qrup müzakirəsi və sahəvi spesifikası yüksək olan qurumların vəzifəli şəxsləri ilə 10 dərinləşdirilmiş müsahibə təşkil edilmişdir.

Ə.Nuriyev bu mühüm tədqiqatın və layihənin həyata keçirilməsinə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib.

Tədbirdə layihənin eksperti Zaur İbrahimli “Vətəndaş müraciətlərinə baxılması vəziyyətinin monitorinqi: Nəticələr və tövsiyələr” tədqiqat hesabatının əsas tapıntılarını təqdim edib. Bildirilib ki, hesabat ilində tədqiqata cəlb edilmiş qurumlar üzrə ümumilikdə 1,289,912 müraciət qeydə alınmışdır. Tədqiqat zamanı qanunvericilik bazası, institusional idarəetmə və beynəlxalq təcrübə (Türkiyənin CİMER, Qazaxıstanın e-Otinish, Gürcüstan və Litva modelləri) dərindən müqayisəli şəkildə təhlil olunub.

Tədqiqat hesabatının əsas tapıntılarını təqdim edən ekspert Zaur İbrahimli qeyd edib ki, aşkar edilmiş çatışmazlıqların və idarəetmədə yaranan əlavə bürokratik yükün aradan qaldırılması məqsədilə müraciətlərin ilkin mərhələdə süni intellekt və semantik analiz əsasında düzgün istiqamətləndirilməsini təmin edən vahid rəqəmsal hovuz sisteminin qurulması, regionlardakı yerli icra hakimiyyətlərində iş yükünə uyğun olaraq ştat vahidlərinin tənzimlənməsi, həmçinin gündəlik həyatda kütləvi istifadə olunan rəqəmsal tətbiqlərin (məsələn, WhatsApp) qanunvericilikdə rəsmi kargüzarlıq aləti kimi təsbit edilməsi, həssas əhali qrupları üçün fərqli qəbul saatlarının müəyyənləşdirilməsi, təkrar müraciətlərlə əlaqədar çətinliklər, məsuliyyətsizliyə qarşı inzibati tənbehlərin gücləndirilməsi və illik hesabatların açıqlanmasının icbari edilməsi kimi islahat təklifləri irəli sürülmüşdür.

Konfransda, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənədlərin qeydiyyatı və arxivləşdirilməsi sektorunun müdiri Təbriz Abdulmənəfov çıxış edərək qurumda vətəndaş müraciətlərinin idarə olunmasında süni intellekt və rəqəmsal innovasiyaların tətbiqi, elektron xidmətlər və avtomatlaşdırılmış dərkənar mexanizmləri barədə təqdimatla çıxış edib.

 

Tədqiqat hesabatında qeyd edilən təkliflərə və mövcud çətinliklərə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev  bildirib ki, vətəndaş müraciətlərinin sayının ildən-ilə artması məsələyə fərqli yanaşma sərgilənməsini zəruri edir. Onun sözlərinə görə, daha geniş miqyasda islahatlar aparılmalı, səlahiyyətlər bölgüsünə yenidən nəzər salınmalı, idarəetmə islahatları davam etdirilməlidir. Preventiv yanaşma əsas götürülməli və müraciətlərin təhlili əsasında qabaqlayıcı addımlar atılmalı, zəruri olan istiqamətlər üzrə islahatlar aparılmalıdır.

Təqdimatlardan sonra dövlət qurumları və QHT nümayəndələri arasında açıq müzakirələr aparılıb, qanunvericilik bazasının optimallaşdırılması, müraciət portallarının inteqrasiyası və təkrar müraciətlərin tənzimlənməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib. Yekunda Əliməmməd Nuriyev səsləndirilən təkliflərin aidiyyəti dövlət qurumlara təqdim olunacağı bildirilib.

O, qeyd edib ki, Tədqiqat hesabatının ilkin variantı “Konstitusiya” Araşdırmalar Fondun saytında yerləşdirilib və maraq göstərən şəxslər öz təklif və qeydlərini yaza bilərlər.

AzPost.az

Post navigation

Previous: “Avtovağzal” və “Xocəsən” stansiyaları qarşısında avtobus dayanacaqları yaradılıb
Next: AQC-dən Qiymətləndiricilər Palatasına etiraz –

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.