Vahid Əhmədovun oğluna yeni vəzifə verilir

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.

İclasda bir sıra məhkəmələrə hakimlərin təyin edilməsi və vəzifədən azad edilməsi müzakirə ediləcək.

Qanun layihəsinə görə, Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.

Qeyd edək ki, Zəfər Əhmədov sabiq deputat Vahid Əhmədovun oğludur. O, bundan əvvəl prokurorluqda çalışıb.

Layihəyə görə, Orxan İsmayılov Şirvan Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.  Füzuli rayon Məhkəməsinin sədri Aqil Əlisa oğlu Musayev də Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.

Bakı Apelyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad ediləcək: Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğlu, Sarıyev Xəyal Əjdər oğlu.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.