Vahid Ələkbərov ən varlı rusiyalıların siyahısında birincidir –“Forbes”

Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKOYL” şirkətinin təsisçisi və eks-prezidenti, “Gələcəyimiz” Fondunun İctimai Şurasının sədri Vahid Ələkbərov “Forbes” jurnalının versiyasına görə, ən varlı rusiyalıların siyahısına başçılıq edir.

“Forbes” dünyanın ən varlı insanlarının sayca 38-ci olan illik reytinqini dərc edib. Siyahıda 125 rusiyalı milyarderin adı var, onların sayı keçən ilkindən 15 nəfər çoxdur. Birinci yeri il ərzində beş pillə yüksələn Vahid Ələkbərov tutub.

İkinci yerdə “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelsonun, üçüncü yerdə isə “Evroxim” və “SUEK” şirkətlərinin təsisçisi Andrey Melniçenkonun adı var.

Əvvəlki məqalə

Prezident Zelenski çağırış yaşını 27-dən 25-ə endirdi

Sonrakı məqalə

Bakıda metro vaqonuna ziyan vuran Fransa vətəndaşı həbs edilib