“Vahid Rusiya”nın deputatının adına 148 daşınmaz əmlak var

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Aleksey Tkaçevin 148 daşınmaz əmlak obyekti var.

Azpost.info xəbər verir ki, bu barədə Dumanın saytında dərc edilmiş gəlir deklarasiyasında bildirilir. Sənədə əsasən, rusiyalı deputatın adına 146 torpaq sahəsi və iki mülk, şəxsi istifadəsində isə torpaq sahəsi, mülk və mənzil var. Son bir ildə onun qazancı 5 milyon 716 min rubl təşkil edib.

Bundan əlavə, Tkaçov üç övladının gəlirlərini bəyan edib. Onların hər birininin istifadəsində 71 kvadratmetrlik mənzil var.

Bir müddət əvvəl “Vahid Rusiya”nın deputatı Vladislav Reznik Dövlət Dumasına qanun layihəsi təqdim edib. Sənəddə Qərbin sanksiyalarına məruz qalan Rusiya məmurları və onların ailələrinin gəlir bəyannamələrinin ictimai mülkiyyətdə dərcinin dayandırılması təklif olunub. Onun sözlərinə görə, müvafiq qanun dövlət və bələdiyyə orqanları tərəfindən ictimaiyyətə açıqlanan məlumatlardan istifadə imkanlarının qarşısını alacaq.

Azpost.info

Əvvəlki məqalə

Belarus Avropa İttifaqından gələn avtomobillərin ölkəyə girişini qadağan etdi

Sonrakı məqalə

Neftçalada suyun altından qədim küp qəbirlər üzə çıxdı –