Belarus Avropa İttifaqından gələn avtomobillərin ölkəyə girişini qadağan etdi

Belarus hökuməti Avropa İttifaqından (Aİ) avtomobil və traktorların ölkəyə girişini qadağan edib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Avrasiya İqtisadi İttifaqının gömrük sərhədindən respublika ərazisinə avtonəqliyyat vasitələrinin keçirilməsinə qadağa aprelin 16-da saat 00:00-da qüvvəyə minib. Hökumət bir sıra istisnalar da nəzərdə tutub. Aİ-dən olan nəqliyyat vasitələrinin ölkəyə müəyyən keçid məntəqələri vasitəsilə yük əməliyyatları və qoşqular üçün xüsusi ayrılmış yerlərə daxil olmasına icazə veriləcək. Bu məntəqələrdə mallar Belarus və Rusiya avtomobillərinə yüklənəcək. Belə yerlərin siyahısı artıq müəyyən edilib.

Digər oxşar məqamlar idarə ilə razılaşdırılmaqla Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən ediləcək. Aprelin 23-dək bu məhdudiyyət Aİ-də qeydiyyatda olan, lakin ölkəyə göstərilən müddətdən əvvəl daxil olmuş avtomobillərə şamil edilmir. Bundan əlavə, poçt və canlı heyvanları daşıyan nəqliyyat vasitələri məhdudiyyətsiz hərəkət edir.

Minskin Aİ-də qeydiyyatdan keçmiş avtomobilləri qadağan etmək qərarı Rusiya əleyhinə sanksiyaların beşinci paketinə cavab olaraq qəbul edilib.

Aprelin 8-də Aİ Rusiya və Belarusda qeydiyyatda olan yük maşınlarının sərhəddən keçidini dayandırıb. Məhdudiyyətlər Avropa İttifaqı daxilində yük daşımalarına da aiddir. Qadağa Avropa İttifaqının sərhədindən keçə bilən şəxsi avtomobillərə, həmçinin, əczaçılıq, tibbi, ərzaq və kənd təsərrüfatı məhsullarının çatdırılmasına şamil edilmir. Bundan əlavə, Aİ Şurası Rusiya və Belarusun yükdaşıyıcılarını aprelin 16-dək Avropa İttifaqının ərazisindən bütün daşımaları geri götürməyə məcbur edib. Nəticədə Polşa-Belarus sərhədində yük maşınlarının sırası yaranıb.

Polşanın ZMPD daşıyıcıları assosiasiyasının rəhbəri Yan Buçekin qeyd edib ki, bütün Belarus və Rusiya yük maşınlarının göstərilən vaxta qədər ərazini tərk edə bilməsi şansı yoxdur. Onun sözlərinə görə, ən azı üç min yük maşını həbs təhlükəsi altındadır.

Azpost.info

Əvvəlki məqalə

Jurnalist Rəşad Süleymanovun xatirəsinə həsr olunan tədbir keçirilib – FOTO

Sonrakı məqalə

“Vahid Rusiya”nın deputatının adına 148 daşınmaz əmlak var