Vaksin hansı xəstəliyi olanlara əks təsir göstərir? –

HƏKİM RƏYİ
28 İyun 2021 - 08:53

“Koronavirusa qarşı əks göstəricilərdən biri də allergiya ilə əlaqələndirilir. Əgər peyvəndin birinci dozasında ciddi allergik reaksiya varsa, həkim həmin şəxsə ikinci komponentdən tibbi imtina sertifikatı verir”.

RİA Novosti xəbər verir ki, bunu “BestDoctor” tibbi müəssisəsinin şöbə müdiri Yulia Tkaçenko deyib.

Onun sözlərinə görə, bir insanın digər peyvəndlərə qarşı ciddi alergiyası varsa, komponentlərin ümumi oxşarlığını yoxlamaq lazımdır: “Bu vəziyyətdə terapevt xəstəni müayinə edir, tibbi sənədlərə baxır və tibbi imtina barədə qərar verir”.

Kəskin bir xəstəlik varsa, məsələn, SARS, viral infeksiyalar və ya xroniki bir xəstəliyin şiddətlənməsi halında peyvənddən tibbi imtina edə bilərsiniz. Onkoloji, hematoloji, otoimmün xəstəliklər, həmçinin, şəkərli diabet, HİV infeksiyaları pəyvənd zamanı ciddi əks təsir göstərçir”, mütəxəssis vurğulayıb.