Vaksin vurdurmayan valideynlərin övladları məktəbə buraxılmayacaq? –

AÇIQLAMA
10 Avqust 2021 - 11:52

Təhsil Nazirliyi vaksin vurdurmayan valideynlərin övladlarının məktəbə buraxılmayacağı ilə bağlı yayılan məsələyə münasibət bildirib.

Nazirlikdən bildirib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.