Valideyn-Müəllim Assosiasiyası yeni layihəyə start verir

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyinin dəstəyi ilə “Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətin artırılması” adlı layihəsinə start verir.

Layihənin məqsədi müasir uşaqların davranışlarında mədəni səviyyə və ictimai məsuliyyəti artırmaq, ailə nümayəndələrini kulturoloji biliklərlə maarifləndirmək, cəmiyyət üçün yüksək mədəniyyətli, sağlam milli ruhda sosiallaşan, vətəndaş-şəxsiyyət  yetişdirlməsinə töhvə verməkdir.

Layihə çərçivəsində Bakıda 3 icmada və 10 rayonda – Şabran, Qusar, Qax, Zaqatala, Agsu, İsmayıllı, Gəncə, Gədəbəy, Neftçala, Yardımlıda ailə nümayəndələri üçün kulturoloji lektoriyaların təşkil edilməsi nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.