Valideyn-namizəd övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə bilər

“Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq”.

APA-nın məlumatına görə, bunu “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatını edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və İnnovasiyalar şöbəsinin müdir müavini Emin Novruzov  bildirib.

Onun sözlərinə görə, bu, övladlığagötürmə sahəsində idarəetmənin obyektiv və şəffaf, çevik həyata keçirilməsinə şərait yaradır: “Qanunvericilikdə nəzərdə tutulan qurumlar valideyn himayəsindən məhrum olmuş uşağı aşkar etdikdən sonra bu barədə məlumatları altsistemə 24 saat ərzində daxil etməlidir. Məlumatlar daxil edildiyi gündən həmin uşaq vahid uçota alınır”.

E.Novruzov deyib ki,  valideyn-namizəd şəxsi kabinetindən altsistemin qiymətləndirmə bölməsinə daxil olaraq müvafiq məlumatları daxil etməklə, övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Virusun aşkarlanması üçün xüsusi tibb müəssisələri müəyyənləşdirilib –

Sonrakı məqalə

Azərbaycanda valideyn himayəsindən məhrum 1000-dən çox uşaq var