Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Valideynlər üçün “Bullinq nədir?” mövzusunda interaktiv təlim keçirilib

User 29 Oktyabr 2025 - 08:00 (Last updated: 29 Oktyabr 2025 - 10:25)
uf01

“Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” layihəsini həyata keçirir.

Layihənin məqsədi bullinqə məruz qalan və məruz qalma təhlükəsi ilə üzləşən, şagird davranış qaydalarına əməl etməyən  uşaqlar arasında maarrifləndirmə işlərinin aparılması, onların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi,  öz hüquqlarını müdafiə etmələrini təmin etmək üçün hüquqi, sosial və psixoloji istiqamətlər üzrə ictimai vəkilliyin aparılmasıdır.

25 oktyabr 2025-ci il tarixində baş tutan təlimdə layihə rəhbəri Nuriyyə Abbasova çıxışında  layihənin əsas məqsədi və bullinq mövzusunun aktuallığından bəhs etmişdir. Təlim Xırdalan şəhərində yerləşən 1 saylı məktəbdə həyata keçirilmiş və 25-dən çox valideyn cəlb edilmişdir. Təlimçi Sara Ağayeva tərəfindən  “Bullinq nədir?” adlı  maarifləndirici və interaktiv təlim keçirilmiş, təlimdə bullinq haqqında ümumi məlumat verilmiş, təlim zamanı valideynlər arasında keçirilən müzakirə və rol oyunları sayəsində “Bullinqin uşaqların psixologiyasına akademik göstəricilərinə, sosial həyatlarına təsiri və valideynlərin rolu”,  “Bullinq edən uşaqların davranışları: Valideynlər üçün siqnallar” kimi mövzulardan bəhs edilmişdir.

Təlimin növbəti sessiyasında psixoloq Aytac Hətəmli bullinqə məruz qalma hallarını aşkara çıxarmaq məqsədilə məktəblilər üçün keçirdiyi “Kaktus” terapiyasında çəkilmiş rəsmlərin izahını və məktəblilərin həyatına təhlükə yarada biləcək məqamlar barədə valideynlərlə müzakirələr aparmışdır. Bu terapiyanın məqsədi uşaqların həm zoralığa, həm də bullinqə məruz qalma hallarını müəyyən etmək və valideynlərə nə etməli olduqlarını çatdırmaq olmuşdur.

Daha sonra sosial işçi Günel Baxışova və hüquqşünas Qəmərcan Xasayzadə tərəfindən 15 valideynin sosial və hüquqi qiymətləndirilməsi aparılmışdır. Eyni zamanda valideynlərlə birgə valideyn komitələrinin yaradılacağından bəhs edilmişdir.

AzPost.az

Post navigation

Previous: Qubada “Sağlam həyat tərzinin təbliği” layihəsinin icrası başa çatıb
Next: “Tramp gələndən sonra ABŞ siyasəti anlaşılmaz olub” –

Oxşar xəbərlər

baqciliq
  • Sosial

Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil

User 25 Oktyabr 2026 - 11:52
oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06

xƏBƏR

baqciliq
  • Sosial

Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil

User 25 Oktyabr 2026 - 11:52
Həyətdə və bağda bitki yetişdirənlər üçün yayda su sərfiyyatı, torpağın quruması və yarpaqların solması ciddi problemə çevrilə...
Read more about Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil
Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər avtomobil yol
  • Maraqlı

Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər

User 25 Oktyabr 2026 - 11:35
Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin pehriz
  • Maraqlı

Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin

User 25 Oktyabr 2026 - 11:15
Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı – obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.