Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Valideynlərə XƏBƏRDARLIQ

Orkhan Ali 15 Fevral 2025 - 00:10 (Last updated: 21 May 2025 - 20:15)
1739558022_1739536308_1

Son zamanlar sosial şəbəkələrdə müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi ilə bağlı məlumatlar yayılır. Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən dəfələrlə müvafiq tədbirlər aparılsa da, sosial şəbəkələrin müxtəıif səhifələrində qumar oyunları ilə bağlı reklam lövhələrinə rast gəlinir. Valideynləri ciddi narahat edən məsələ yenidən aktuallaşıb. Onları narahat edən səbəb isə övladlarının bu təhlükədən necə qorunmasıdır.

AzPost xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Vüsal Cəfərov qanunvericilidə bununla bağlı qadağaların mövcud olduğunu qeyd edib:

“İdman-mərc oyunları, lotereyaların reklamı, kütləvi informasiya, telekomnukasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Ancaq, buna təşkilatlar tərəfindən xüsusi icazə verilməlidir. Lakin, qanunvericilikdə qeyd edilir ki, idman – mərc oyunlarının, lotereyaların  açıq məkanda reklamı, uşaq və təhsil müəssisələrindən azı yüz metr məsafədə olan reklam daşıyıcılarında yerləşdirilməlidir.

Ümumiyyətlə bu qaydaların pozulması inzibati məsuliyyətə səbəb olur. Belə ki, İnzibati  Xətalar Məcəlləsinə əsasən qayda pozuntusu törətmiş fiziki şəxslər 3000 manat, vəzifəli şəxslər 7000 manat, hüquqi şəxslər isə 40000 manat  məğləbində cərimə edilə bilər”.

Vüsal Cəfərov valideynlərə sosial şəbəkələrlə bağlı xəbərdarlıq edib:

“Qanunvericilikdə hesab edirik ki, kifayət qədər tənzimləmə mövcuddur. Bu vəziyyətdə çalışmaq lazımdır ki, yetkinlik yaşına çatmayan uşaqlara nəzarət valideynlər tərəfindən olunsun, onlara uşaqlar üçün nəzərdə tutulmuş proqramlar vasitəsilə oyun oynamağa icazə verilsin və bu cür reklamlardan uşaqları qorumaq üçün ciddi tədbirlər görülsün.”

Post navigation

Previous: Münhendə Zelenski ABŞ-ın vitse-prezidenti ilə görüşüb
Next: Hakan Fidan və Mark Rubio Cənubi Qafqazı müzakirə ediblər

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.