Münhendə Zelenski ABŞ-ın vitse-prezidenti ilə görüşüb

Münhendə Zelenski ABŞ-ın vitse-prezidenti ilə görüşüb

Münhendə Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens arasında görüş keçirilib. 

AzPost bildirir ki, görüş 1 saatdan çox çəkib.

“Biz müharibənin bitməsini istəyirik. Lakin biz bir neçə ildən sonra Avropada baş verəcək münaqişə deyil, davamlı sülhün əldə olunmasını istəyirik” -, deyə ABŞ-ın vitse-prezidenti Ceyms D.Vens Vladimir Zelenski ilə görüşdən sonra bildirib.

“Biz sülhə necə nail olmaq barədə konstruktiv müzakirələr aparmışıq. Yaxın günlərdə, həftələrdə və aylarda belə görüşlər daha çox olacaq. “Biz müharibənin bitməsini istəyirik”-deyə Vens vurğulayıb.

Zelenski öz növbəsində ABŞ-ın vitse-prezidentinin mövqeyini dəstəkləyib. Ukrayna prezidenti qeyd edib ki, Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri ilə plan hazırlamaq üçün Donald Trampın komandası ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.