Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • ÖZƏL
  • Sosial

Valideynlikdən qaçış: İnsanlar niyə uşaq yerinə ev heyvanı seçir?

Orkhan Ali 12 İyun 2025 - 15:09 (Last updated: 12 İyun 2025 - 15:09)
İt

İt

Uşaq əvəzinə ev heyvanı: Müasir cəmiyyətin psixoloji seçimi.

AzPost bildirir ki, son illərdə ailə və valideynlik barədə düşüncələrdə dəyişiklik müşahidə olunur: bir çox insan uşaq sahibi olmaq əvəzinə ev heyvanı saxlamağa üstünlük verir. Psixoloq Elizaveta Kulikovanın sözlərinə görə, bu seçimin arxasında dərin psixoloji və sosial səbəblər dayanır.

Mütəxəssis qeyd edir ki, bəzi insanlar atalıq və analıqla bağlı məsuliyyətdən, həyat tərzinin dəyişəcəyindən və gələcəklə bağlı qeyri-müəyyənliklərdən qorxurlar. Bu səbəbdən onlar daha idarəolunan və az öhdəlik tələb edən bir alternativ – ev heyvanlarını seçirlər. “Uşaq həyatda radikal dəyişikliklər tələb edir – gündəlik rejim, maliyyə planlaması və şəxsi vaxtın məhdudlaşması. Halbuki ev heyvanı ilə bu dəyişikliklər daha yüngül və adaptasiyaolunandır”, – deyə psixoloq bildirir.

Kulikova onu da vurğulayır ki, bu seçim çox zaman insanın keçmiş təcrübələri və emosional vəziyyəti ilə bağlı olur. Tənhalıq, emosional travmalar, münasibətlərdə uğursuzluq və valideynlərlə bağlı psixoloji bağlar insanın uşaq deyil, ev heyvanı saxlamaq qərarına təsir göstərə bilər.

Bəzi hallarda isə bu addım bir növ “valideynliyə hazırlıq mərhələsi” kimi dəyərləndirilir. Yəni, ev heyvanına qulluq etmək, gələcəkdə uşaq böyütmək məsuliyyətinə psixoloji hazırlıq rolunu oynaya bilər.

Maraqlıdır ki, natiqlik üzrə ekspert Aleksey Kobelyuk bu tendensiyanı daha fərqli prizmadan izah edir. O bildirir ki, insanlar getdikcə daha az sosial əlaqə saxlayır və dostluq münasibətləri zəifləyir. Belə bir şəraitdə ev heyvanı, xüsusilə it və ya uşaq, insan üçün “sarsılmaz etibarlı dost” funksiyasını daşıyır.

Mütəxəssislər bildirirlər ki, bu tendensiya təkcə fərdi psixoloji səbəblərlə deyil, həm də cəmiyyətin ümumi sosial və iqtisadi şərtləri ilə bağlıdır. Uşaq böyütmək məsrəfli və uzunmüddətli bir öhdəlik olduğundan, insanlar daha təhlükəsiz və emosional dayanıqlı alternativlərə yönəlirlər.

AzPost.az

Post navigation

Previous: Azərbaycan XİN Hindistana təyyarə qəzası ilə bağlı başsağlığı verib
Next: Bu nağdsız ödənişlər DAYANDIRILIR

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18
f8e84ed9-4848-4959-845c-5ea0aba15c0c
  • Sosial

BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ

User 13 Noyabr 2026 - 12:48
baba esger esas
  • Sosial

Əsgər andiçməsindən sonra meyiti tapılan qoca ilə bağlı yeni detallar

User 13 Noyabr 2026 - 10:20

xƏBƏR

Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18
Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabah 22 dərəcə isti olacaq – HAVA
Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
Media və Yayım Şurası açıqlama yaydı media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ f8e84ed9-4848-4959-845c-5ea0aba15c0c
  • Sosial

BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ

User 13 Noyabr 2026 - 12:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.