Vandamın oğlu ilə azərbaycanlı qızın nikah mərasimi səfirliyimizdə keçirilib –FOTO

Dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberq (Kris Van Damm) azərbaycanlı xanım, pianoçu Suada Hacızadə ilə nikah mərasimi dünən Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub.

Bu barədə modern.az-a Türkiyədəki diplomatik korpusdan bildirilib.

Qeyd edək ki, Kristofer Van Barenberq 1987-ci il təvəllüdlüdür. O, Hollivudda aktyordur.

Dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, atası kimi aktyor olan Kristofer Van Barenberq (Kris Van Damm) azərbaycanlı xanım, pianoçu Suada Hacızadə ilə nikah bağlayıb. Diqqətçəkən məqam cütlüyün əlindəki nikah şəhadətnaməsinin üzərinin Azərbaycan dilində yazılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə yola düşüb

Sonrakı məqalə

Azərbaycanda Təhsil Tələbə Krediti Fondu yaradılıb –