“Vaqa” ləqəbli tiktokerin həbs müddəti uzadıldı

Vaqa
Vaqa
“Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
AzPost Apa-ya istinadən xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddətinə uzadılıb.
Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, V. Zeynalzadə “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.