Vaqif Xaçaturyanın iştirak etdiyi hücumda qohumlarım öldürülüb və yaralanıb- Meşəli sakini

Vaqif Xaçaturyanın dəstəsinin Meşəli kəndinə hücumu barədə bütün ağsaqqallar danışırdı. O zaman mən uşaq olduğum üçün onu yaxından tanımırdım. 1991-ci il dekabrın 22-də ermənilərin atəş səsinə yuxudan oyandım. Onlar səsgücləndiricilər vasitəsilə deyirdilər ki, kəndi tərk edin. Müxtəlif silahlardan Meşəlini atəşə tuturdular.

Bunu 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Elşad İbadullayev söyləyib.

Onun sözlərinə görə, Vaqif Xaçaturyanın da iştirak etdiyi hücumda qohumları öldürülüb və yaralanıb. Həmçinin evləri, bütün tikililəri ermənilər tərəfindən dağıdılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.