Vaqif Xaçaturyanın cinayət işi üzrə növbəti məhkəmə iclası noyabrın 7-nə təyin olunub.
Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə Yasamal Rayon Məhkəməsinin inzibati binasında bu gün keçirilən iclasda hadisə şahidi Azay Kərimov ifadə verib. Həmçinin Meşəlidəki hadisələr zamanı yaralanan və həlak olan, o cümlədən Vaqif Xaçaturyana dair məhkəmə ekspertizalarının rəyləri, zərərçəkənləri və təqsirləndirilən şəxsi səciyyələndirən hallar barədə məlumat verilib.