“Vaqner”ə Rusiya büdcəsindən maliyyə ayrılmayıb”- PESKOV

“Vaqner”in rəhbəri Yevgeni Priqojin Rusiya büdcəsindən pul almayıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov bunu jurnalistlərin “Vaqner” Belarusa köçüb qeydiyyatdan keçdikdən sonra Rusiya dövləti onu maliyyələşdirməyə davam edəcəkmi” sualına cavabında deyib.

“Hökumət tərəfindən heç bir maliyyələşdirmə olmayıb. Bunun Belarusda olmaqla heç bir əlaqəsi yoxdur, bu, mövzunun tamamilə fərqli ardıcıllığıdır”, – Peskov qeyd edib.

Peskov həmçinin “Vaqner”in “de-yure mövcud olmadığını” unutmamağa çağırıb. Onun sözlərinə görə, yalnız Ukraynaya qarşı müharibədə iştirak edən “Vaqner” qrupu var.

Priqojinin silahlı qiyamından sonra Rusiya prezidenti Vladimir Putin muzdluların saxlanılmasının tam şəkildə dövlət tərəfindən təmin edildiyini bildirib. “Müdafiə Nazirliyindən, dövlət büdcəsindən biz bu qrupu tam şəkildə maliyyələşdirirdik”, – Putin bildirib.

Onun sözlərinə görə, təkcə 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər dövlət büdcədən özəl hərbi şirkətə pul dəstəyi və həvəsləndirici ödənişlər üçün 86 milyard rubldan çox vəsait ayırıb. Həmçinin, sığorta ödənişlərinə 110 milyard rubldan çox vəsait xərclənibutin qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.