“Vaqner” Rusiyanın hərbi helikopterini Moskva şossesində vurdu

“Vaqner” özəl hərbi dəstəsi Moskva şossesində onlara hücum edən helikopteri məhv edib.

UNİAN-ın verdiyi məlumata görə, bunu “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.

O, 25 min döyüşçünün hamısının ölməyə hazır olduğunu bildirib.

“Hər kəsə bir daha xəbərdarlıq edirəm: biz bunu təhlükə kimi qəbul edib ətrafdakı hər şeyi məhv edəcəyik. Bizi məhv etmək olmaz. Hədəflərimiz var, hamımız ölməyə hazırıq”, – deyə o bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.