“Vaqner”in komandiri Priqojinin cəsədini barmağındakı əlamətdən tanıyıb

“Göyərtəsində “Vaqner”in qurucusu Yevgeni Priqojinin də olduğu təyyarənin ölən sərnişinlərinin cəsədləri qəzadan sonra ciddi zədələnib və onları vizual olaraq tanımaq mümkün deyil”.

Azpost.info xəbər verir ki, bunu “Fontanka” mənbəyə istinadən yazır.

Mənbə biıdirib ki, meyitlərin tanınması ilə ekspertlər məşğul olacaq.

“Bununla belə, “Vaqner” komandirlərindən biri dolayı əlamətlərə, məsələn, sol əlində adsız barmağının bir hissəsinin olmamasına görə Priqojinin cəsədini tanıya bilib”, – “Vaqner”ə yaxın VÇK-OQPU Teleqram kanalından bir mənbə bildirib.

Bəzi məlumatlara görə, Yevgeni Priqojin hələ 1980-ci illərdə həbsxanada cəza çəkən zaman barmağının bir hissəsini itirib.

“Həmçinin, “Vaqner”in komandiri morqda Dmitri Utkini bədənindəki döymələrdən müəyyən edib”, – mənbə əlavə edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.