“Vaşinqton İrandan ABŞ hədəflərinə hücum etməməyi xahiş edib”- Rəisinin müavini

Birləşmiş Ştatlar İsrailin İranın Dəməşqdəki konsulluğunu atəşə tutması ilə yaranmış gərginlik fonunda Tehranı ABŞ hədəflərinə hücum etməməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib.

“İran yazılı müraciətində ABŞ rəhbərliyinə İsrail Baş naziri Benyamin Netanyahunun tələsinə düşməməklə bağlı xəbərdarlıq edib və “zərər görməmək üçün uzaq durun” mesajını verib. Vaşinqton buna cavab olaraq İrandan ABŞ hədəflərinə hücum etməməyi xahiş edib”, – Cəmşidi qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.