Məscidlərdə vakant yerlər üçün müsabiqədən 277 nəfər keçib, 35-i qadındır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu yaxınlarda İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üzrə sayca dördüncü müsahibəni keçirəcək.

Azpost.info bildirir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Komitə tərəfindən 2022-2023-cü illərdə təşkil olunmuş müsahibələrdən 277 nəfər uğurla keçib. Onlardan 35-i qadın olmaqla, 231 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin ediliblər: “Həyata keçirilən təyinat və rotasiya 202 məscidi, attestasiya prosesi isə fəaliyyət dövrünün 5 ilini tamamlamış 61 din xadimini əhatə edib”.

S.Heydərovun sözlərinə görə, hal-hazırda ölkəmizin dini-ideoloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində real dövrün şərtləri nəzərə alınaraq dini duruma kənar təsirlərin qarşısını vaxtında almaq, sağlam dini mühiti qorumaq üçün qabaqlayıcı addımlar atılır: “Bu istiqamətdə aidiyyəti hüquq-mühafizə orqanları, icra strukturları ilə koordinasiyalı fəaliyyət uğurla davam etdirilir. Xüsusilə hüquq-mühafizə orqanlarının peşəkarcasına önləyici xarakterli tədbirləri mühüm rol oynayır. Məhz “Global Terrorism Index 2024” Hesabatına əsasən Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələri sırasında yer almasında bu prinsiplər də rol oynayıb“-deyə sədr müavini vurğulayıb.

Əvvəlki məqalə

“Vaşinqton İrandan ABŞ hədəflərinə hücum etməməyi xahiş edib”

Sonrakı məqalə

“Kişi ol, düzgün danış!” –