Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Vatikanda UNO qalmaqalı –

User 07 İyun 2026 - 12:20 (Last updated: 07 İyun 2026 - 09:46)
uno yad planet

Pentaqonun UNO videolarını yaymasından dərhal sonra dini dünyada da böyük bir qalmaqal partlayıb. ABŞ-nin paytaxtı Vaşinqtonda Katolik Kilsəsinin baş yepiskopu, Cardinal Robert McElroy, kilsənin ən tanınmış ekzorsistlərindən (şeytan qovan keşişlərindən) biri olan Monsenyor Stiven Rossettini rəsmən vəzifəsindən kənarlaşdırıb.

Azpost.info bildirir ki, buna səbəb keşişin sosial şəbəkələrdə yaydığı və böyük müzakirələrə səbəb olan sensasiyalı bəyanatı olub.

Keşiş Rossetti yayımladığı videoda iddia edib ki, son zamanlar dünyada tez-tez görünən və Pentaqonun da təsdiqlədiyi UNO-lar əslində başqa planetdən gələn ağıllı varlıqlar deyil: “Bir ekzorsist kimi mən bu təhlükəni qeyd etməli idim. Şeytanlar və cinlər gizlənməyi sevirlər. Biz onların nə etdiyini bilməyəndə daha effektiv olurlar. Mənim şəxsi inancıma görə, bu UNO görüntülərinin çoxu, bəlkə də hamısı əslində cinlərin bəşəriyyəti manipulyasiya etmək üçün apardığı fəaliyyətdir.”

Kilsənin sərt reaksiyası

Kilsə rəhbərliyi isə bu açıqlamanı sərt şəkildə pisləyib. Yepiskopluğun bəyanatında bildirilir ki, keşişin UNO-ları birbaşa şeytani qüvvələrlə bağlaması kilsənin cinlər və ekzorsizm haqqındakı rəsmi elmi-dini təlimlərinə tamamilə ziddir və kilsənin nüfuzuna xələl gətirir. Qərara əsasən, keşiş həm şeytan qovma missiyasından məhrum edilib, həm də rəhbərlik etdiyi Mənəvi Yenilənmə Mərkəzi ilə kilsənin bütün əlaqələri kəsilib. Cəzalandırılan keşiş isə kilsə qaydalarını pozduğu üçün üzr istədiyini bəyan edib.

Katolik kilsəsi rəsmən bəyan edir ki, digər planetlərdə həyatın olmasına inanmaq kilsə təlimlərinə zidd deyil, lakin bunu mistik qüvvələrlə qarışdırmaq yolverilməzdir.

S.Abdulla

AzPost.az

Post navigation

Previous: Bu 4 qidanı 48 saatdan çox soyuducuda saxlamaq olmaz!
Next: Paşinyan səs verdi –

Oxşar xəbərlər

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.