“Vaxtımızı boş yerə sərf etmək istəmirik” –Tramp Ukraynada sülhdən danışdı

Tramp
Tramp

“Avropa liderləri həftəsonu ABŞ-ın “sülh planı” ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ nümayəndələri ilə birlikdə “vacib məsələləri” müzakirə etmək istəyirlər“.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı danışıb.

Trampın sözlərinə görə, görüşdən əvvəl Avropa tərəfdaşları bir sıra məqamları dəqiqləşdirmək istəyirlər. ABŞ-ın dəvəti qəbul edib-etməyəcəyinə prezident cavab verməyib, lakin o bildirib ki, komandası vaxtı boş yerə sərf etmək istəmir.

“Onlar istəyirlər ki, biz həftəsonu Avropada keçiriləcək görüşə gedək və biz qərarı onların bizə nə təklif edəcəyindən asılı olaraq verəcəyik. Biz vaxtımızı boş yerə sərf etmək istəmirik. Avropalılar Zelenski ilə və bizimlə görüşmək istəyirlər”, – o qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.