“Vay, zəlzələ oldu!” –

Şəmkirdə yeraltı təkanların baş verdiyi an (VİDEO)
05 Fevral 2021 - 22:31

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Ermənistan ərazisində Göyçə gölünün yanında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Zəlzələ anı qərb rayonlarımızdan birində yaşayan vətəndaş tərəfindən təsadüfən lentə alınıb.

Həmin anın videosunu təqdim edirik: