Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Venesiya festivalında Azərbaycan kinosu təqdim edilib

User 06 Sentyabr 2025 - 17:40 (Last updated: 06 Sentyabr 2025 - 18:04)
film

82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” (Out of Competition Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filminin təqdimatı olub. Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə sentyabrın 5-də nümayiş olunan ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, filmin nümayişindən sonra mətbuat konfransı keçirilib, Azərbaycan mədəniyyətindən və kino sənətindən söz açılıb. Hilal Baydarovun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə”nin ideya-estetik məziyyətləri yüksək qiymətləndirilib.

Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının, təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük əhəmiyyət kəsb edir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.

Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.

Qeyd edək ki, 82-ci Venesiya Beynəlxalq Film Festivalı avqustun 27-də başlayıb və bu gün başa çatır.

AzPost.az

Post navigation

Previous: Beyləqanda kafedə 2 nəfər güllələnib
Next: Rusiyada hazırlanan xərçəng əleyhinə peyvənd 100 faiz nəticə göstərib

Oxşar xəbərlər

WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Anar
  • Mədəniyyət

“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR

User 13 Noyabr 2026 - 16:25

xƏBƏR

litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
Litva Prezidenti Gitanas Nauseda dekabr ayından etibarən Estoniyanın Rusiya ilə sərhədi bağlamaq qərarını “planlaşdırılmış təxribat aktına” adekvat...
Read more about Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi
Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP putin tramp
  • Dünya

Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP

User 16 Noyabr 2026 - 18:59
Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı ayaq sismek
  • Maraqlı

Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı

User 16 Noyabr 2026 - 18:12
Pensiya kapitalı az olanları nə gözləyir? – 46 mini olmayanlar üçün vacib qaydalar pensiya kapitali
  • Baş Yazı

Pensiya kapitalı az olanları nə gözləyir? – 46 mini olmayanlar üçün vacib qaydalar

User 16 Noyabr 2026 - 17:40
Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.