Venesuelada keçid dövrü iki il çəkəcək –ABŞ enerji naziri

ABŞ Enerji Departamentinin katibi Kris Rayt ABŞ administrasiyası dövründə Venesuelada keçid dövrünün müddətini açıqlayıb.

AzPost bildirir ki, CBS-də çıxış edən katib bunun bir-iki il, bəlkə də daha uzun çəkə biləcəyini vurğulayıb.

“Vaxt çərçivəsini bilmirəm. Bu, həftələr deyil, daha çox aylardır. Bu, bir və ya iki il, bəlkə də daha uzun ola bilər”- Rayt jurnalistlərə bildirib.

Enerji Nazirinin sözlərinə görə, ABŞ Venesuelada “qanuni hökumət” qurmaq istəyir. Rayt bildirib ki, ABŞ Prezidenti Donald Trampın müdaxiləsi bu məqsədə çatmaqda irəliləyiş əldə etməyə imkan verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.