Vergi borcu olan şirkət rəhbərlərinə ölkədən çıxmaq qadağan edildi

Stop
Stop

“Dilan” və “Kano” şirkətlərinin rəhbəri Bayramov Arif Saatşah oğlu məhkəməyə verilib.

Valyuta.az xəbər verir ki, ərizəçi Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsidır.

Qurumun ərizəsində Arif Bayramovun rəhbəri olduğu şirkətlərin dövlət büdcəsinə borcu olduğunu və borcun ödənilmədiyi qeyd olunub. İdarə məhkəmədən xahiş edib ki, borc ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışı müvəqqəti olaraq məhdudlaşdırılsın.

İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Ülkər Həsənova qurumun ərizəsini təmin edərək Arif Bayramova “stop” qoyulması barədə qətnamə çıxarıb.

“Dilan” şirkəti 2 noyabr 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hazırda 16 692,4 manat vergi borcu var. “Kano” şirkəti isə 3 noyabr 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin vergi borcu hazırda 1 252,41 manat təşkil edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.