Vergi orqanına hesabat təqdim etməyən vergiödəyicisinə maliyyə sanksiyası tətbiq olunurmu?

Sadələşdirilmiş vergiödəyicisi səhhəti ilə əlaqədar son iki rüb ərzində heç bir fəaliyyət göstərməyib və vergi orqanına hesabat təqdim etməyib. Boş hesabatlar xəbərdarlıqdan sonra təqdim edilərsə, vergiödəyicisinə maliyyə sanksiyaları tətbiq olunacaqmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, hesabat dövrü üzrə vergi tutulan əməliyyatlar aparan vergiödəyicisi tərəfindən vergi hesabatını təqdim etmədiyinə görə vergiödəyicisinə vergiödəyicisinin rəhbərinin qərarına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, vergitutma əməliyyatları aparılmadığı halda müvafiq rüblər üzrə təqdim ediləcək hesabatların vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi Vergilər Məcəlləsində nəzərdə tutulmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.