“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.

AzPost  Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.