“Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Aprelin 7-də vətəndaşların 66997 manatını talayıblar”.
AzPost bildirir ki, bu barədə DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. “Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar”.
Aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin”.