Video zənglərdə yenilik –​“WhatsApp” görüntünü dəyişdi

“WhatsApp” bir sıra funksiyaları istifadəyə verib. “WhatsApp” xüsusi olaraq iPhone istifadəçiləri üçün bir sıra yeniliklər həyata keçirib. Yeniliyə əsasən artıq sənədləri “iPhone”dan skan etmək və birbaşa “WhatsApp” vasitəsilə göndərmək olar. Bundan əvvəl video zəngləri böyütmək imkanı təqdim edən “WhatsApp”, əlaqə keyfiyyətinin yaxşılaşdırılması üçün texniki təkmilləşdirmələr də aparılıb. Məlumata görə, “WhatsApp” həmçinin kanallar üçün bəzi yeni funksiyalar təqdim edib.

Kanal adminləri artıq qısa videolar çəkə və onları birbaşa izləyiciləri ilə paylaşa bilərlər. Bildirilir ki, bu funksiyalar hələlik bütün istifadəçilər üçün əlçatan deyil.

Metbuat.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.