Daxili İşlər naziri Vilayət Eyvazov yazıçı Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib.
Bu barədə Q.Nəcəfzadə sosial şəbəkədə özü məlumat verib.
O, V.Eyvazova təşəkkürünü bildirib: “Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri -etik hərəkətlər etdiyi üçün dünən,ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı. Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə sizə təşəkkür edirəm!”