Vilayət Eyvazov polis mayorunu Şuşaya rəis müavini təyin etdi –

ƏMR
03 Oktyabr 2021 - 15:26

Daxili İşlər Orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Nicat Əliyev Ağcabədi rayon Polis Şöbəsinin sahə rəisi vəzifəsindən azad olunaraq Şuşa şəhər Polis Şöbəsinin Xidmət üzrə rəis müavini təyin olunub.