Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxartdı

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elvin Abbasov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsinə təyin edilib.

E.Abbasov bundan əvvəl baş əməliyyat müvəkkili işləyib.

Nazirin digər əmri ilə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib. Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevın qardaşıdır. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı-Ankara qatarı reysə hazırdır –

Sonrakı məqalə

QMİ sədri Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında səfərdədir –