Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Villalar, yaxtalar, bahalı səyahətlər…

Orkhan Ali 24 Aprel 2024 - 14:29 (Last updated: 21 May 2025 - 20:15)
10daeec808a738e8.png

Rusiya müdafiə nazirinin rüşvət ittihamı ilə həbs edilən müavini Timur İvanov güc strukturlarındakı ən zəngin adamlardan hesab olunur.

Azpost.info xəbər verir ki, “Forbes” 2019-cu ildə onu bu sahənin ən zəngin məmuru kimi qiymətləndirmişdi. 2018-ci ilin sonunda nəşr onun ailəsinin gəlirinin 136,7 milyon rubl olduğunu yazmışdı.

Sanksiyalar siyahısına salınmazdan əvvəl Timur İvanov həyat yoldaşı ilə birlikdə xaricdəki dəbdəbəli kurortlarda vaxt keçirməyi çox sevirdi. Cütlük istirahət üçün əsasən Kot d’Azura üstünlük verirdi. Deyilənlərə görə, bir neçə il ərzində ailə San-Tropedə villalar və yaxtaların kirayəsi üçün təxminən 1 milyon avro xərcləyib.

Hərbi müxbirlər nazir müavinini həyat yoldaşının xüsusi hərbi əməliyyat başlayandan sonra da vərdişlərindən əl çəkmədiyinə və xaricdə dəbdəbəli vaxt keçirməyə davam etdiyinə görə tənqid ediblər.

Demək olar ki, təyin olunduğu andan İvanov “Vaqner”in qurucusu mərhum Yevgeni Priqojinlə münaqişə yaşayıb. Vladimir Putinin qəbulunda olarkən Priqojin İvanovu dəfələrlə büdcə pullarını mənimsəməkdə ittiham edib.

İvanov nazirlikdə əmlakın idarə edilməsi və qoşunların yerləşdirilməsi, ordunun mənzil və tibbi təminatı ilə bağlı məsələlərə nəzarət edirdi. O, həmçinin tikinti işlərinə, Rusiya Müdafiə Nazirliyinin obyektlərinin əsaslı təmirinə və hərbi ipotekaya görə məsul şəxs idi.

Timur İvanov 2016-cı ilin mayında müdafiə nazirinin müavini təyin olunub.

Azpost.info

 

Post navigation

Previous: Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
Next: Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro ayırıb

Oxşar xəbərlər

putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07

xƏBƏR

buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
İqlim dəyişikliyi təkcə temperatur və dünya okeanının səviyyəsinə deyil, Yer kürəsinin formasına da təsir göstərir. Yeni araşdırmaya...
Read more about Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.