“ABŞ-da koronvirusa qarşı peyvəndi ilk olaraq öz üzərimdə sınaqdan keçirməyə hazıram”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ Prezidenti Tramp Fox telekanalına müsahibəsində deyib. “Vaksin hazır olsa onu risk edib ilk olaraq vurmağa hazırsınızmı?” sualının cavabında Prezident bildirib ki, o vaksin vurulacaq ilk şəxs olamağa razıdır.
“Burada məsələ belədir: Əgər birinci olsam hamı deyəcək: “Görüsən, necə eqoistdir, vaksini birinci almaq istədi,amma digər tərəfdən deyəcəklər ki, “bu çox cəsarətli addımdır””- deyə Tramp vurğulayıb. “Əgər məndən bunu istəsələr, hesab etsələr ki belə daha doğrudur, mən ilk vaksin vurlan şəxs olacağam”-deyə ABŞ lideri bildirib.