Vitali Balasanyan Laçında Azərbaycan rəsmiləri ilə görüşüb

Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni fəaliyyət göstərən rejimin “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan bu günlərdə Azərbaycan nümayəndələri ilə görüşüb.

Bu xəbəri Balasanyanın ofisi yayıb. Məlumatda bildirilir ki, Azərbaycan nümayəndələri ilə təmas Laçın şəhərində Rusiya sülhməramlılarının vasitəçiliyi və iştirakı ilə reallaşıb. Ofisin məlumatına görə müzakirə mövzusu Laçın şəhərinin boşaldılması, yeni çəkilən yoldan istifadə məsələləri olub.

Qeyd edək ki, Ermənistan mediası bu haqda xəbər yayanda bu fakt erməni cəmiyyətindən gizli saxlanılırdı. İndi isə artıq Balasanyanın ofisi bu görüşü təsdiqləməyə məcbur olub(turkustan.az).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.