“Vladlen Tatarskinin qətlində Ukraynanın əli yoxdur” –Zelenskinin müşaviri

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak hərbi müxbir Vladlen Tatarskinin qətlində Ukraynanın əli olmadığını bəyan edib.

Bu barədə o, özünün “Twitter“ səhifəsində yazıb.

“Daxili terrorizmin nə vaxt daxili siyasi mübarizə alətinə çevriləcəyi məsələsi zaman məsələsi idi”, o yazıb.

Xatırladaq ki, Sankt-Peterburqda kafedə müharibə müxbiri Vladlen Tatarskinin yaradıcılıq gecəsi zamanı partlayış baş verib. Hadisə nəticəsində jurnalistin özü ölüb, daha 25 nəfər yaralanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.