Vurduğu piyadanın öldüyünü bilən sürücünün ürəyi partladı –

Tovuzda faciə
12 Dekabr 2020 - 10:11

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib.

Hadisə zamanı “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyada, Qovlar şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılov Ramis Ənvər oğlunu vurub.

Avtomobilin sürücüsü, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü İmanov Röyal Elcan oğlu dərhal yaralını xəstəxanaya çatdırıb.

Həkimlərin səylərinə baxmayaraq, R.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.

Bu xəbərə ürəyi dözməyən R.İmanov da xəstəxanada vəfat edib. (Oxu.az)