Vüsal Həsənov Mərkəzi Banka şöbə müdiri təyin olunub –FOTO

Azərbaycan Mərkəzi Bankının Maliyyə savadlılığı şöbəsinə yeni müdir təyin edilib.

Azpost.info bildirir ki, bu barədə banker.az AMB-yə yaxın mənbədən əldə etdiyi məlumata istinad edir. Məlumata görə, bu şöbəyə Vüsal Həsənov təyinat alıb.

V.Həsənov artıq 2020-ci ilin əvvəlindən başlayaraq vəzifəsinin icrasına start verib.

O, buna qədər 28 noyabr 2019-cu il tarixdə Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncama əsasən ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında çalışıb.

V.Həsənov hazırda ADA Universitetində də çalışmaqdadır. Həmçinin Deyvis Kaliforniya Universiteti və Pensilvaniya Ştat Universitetində MBA və fəlsəfə elmlər doktoru dərəcəsinə yiyələnib.

Bu Həsənovun AMB-də ilk iş təcrübəsi deyil. Belə ki, o, maliyyə sektoru kimi ilk işinə 2010-cu ildə başlamış və 2013-cü ildən “PAŞA Bank”a layihə rəhbəri kimi təyinat almışdı.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir