Vyaçeslav Volodin: “Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri narahatlıq doğurur”

“Rusiya və Azərbaycan parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir”.

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bunu Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edərkən deyib.

O bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir və hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir:

“Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır”.

  1. Volodin qeyd edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prosesinə kömək etmir.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət başçısının adından Naxçıvan Muxtar Respublikasına ambulanslar təqdim edilib

Sonrakı məqalə