Vyetnam partiya rəsmisi 37 il əvvəl Bakıda oxuduğu ali məktəbə gəlib

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin tikinti işləri üzrə katib müavini Nuqen Çonq Çunq 1986-cı ildə məzunu olduğu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, qonaq beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri professor Məhəbbət Məmmədov, Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov və dekan müavini Kəmalə Abdullayeva ilə görüşüb. Görüşdə AzMİU-da son 40 ilə yaxın müddətdə aparılan inkişaf prosesindən, əcnəbi tələbələr üçün yaradılan şəraitdən, tədris dilinin və ümumilikdə tədrisin beynəlmiləlləşdirilməsi istiqamətində aparılan işlərdən danışıb.

Nuqen Çonq Çunq AzMİU-da aldığı təhsilin onun şəxsi inkişafında, iş həyatında önəmli rolunu vurğulayaraq Vyetnam memarlığına verdiyi töhfələrdən bəhs edib. O, Vyetnam memarlığının ən yaxşı nümunələrindən bir neçəsinin layihəsinin ona aid olduğunu bildirib. Qeyd edib ki, bunlardan biri də Rusiyanın Vyetnamdakı səfirliyinin binasıdır.

Görüşün sonunda qonaq universitetdə yaradılan şəraitlə tanış olub.

Əvvəlki məqalə

İran prezidenti Suriyaya gedir

Sonrakı məqalə

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ikitərəfli görüşü başlayır