Vyetnamda daşqın fəlakəti: ölənlərin sayı 41-ə çatdı

Vyetnamın mərkəzi bölgələrində davam edən güclü yağışlar ölkəni ağır fəlakətlə üz-üzə qoyub.

Azpost.az TASS-a istinadla xəbər verir ki, noyabrın 16-dan 20-dək yağan fasiləsiz leysan yağışları daşqın və torpaq sürüşmələrinə səbəb olub, bunun nəticəsində ölənlərin sayı 41 nəfərə yüksəlib.

Məlumata görə, ən ciddi zərər Daqlak bölgəsinə dəyib – burada 16 nəfər həyatını itirib. Kxanhxoa əyalətində isə ölənlərin sayı 14 nəfər olub. Lamdong əyalətində 4 nəfərin meyiti tapılıb, Zyalayda 3 vətəndaş həlak olub, Hüe və Dananq şəhərlərinin hər birində isə iki nəfərin ölüm faktı qeydə alınıb.

Təbii fəlakət eyni zamanda genişmiqyaslı dağıntılara səbəb olub. Mərkəzi bölgələrdə 50 mindən çox ev su altında qalıb, kənd təsərrüfatı sahələri və müxtəlif növ əkinliklər yararsız vəziyyətə düşüb. Ölkə təsərrüfatına ciddi zərbə vurulub – 30 mindən artıq quş və digər kənd təsərrüfatı heyvanı tələf olub.

Vyetnam hökuməti təcili yardım xidmətlərini gücləndirib, itkin düşənlərin axtarışı davam edir. Xilasetmə qrupları gücləndirilmiş rejimdə işləyir və sel təhlükəsinin hələ də tam aradan qalxmadığını bildirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.