Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına qəbul olunan şəxslərə icbari tədris keçib

Orkhan Ali 14 İyul 2025 - 16:05 (Last updated: 14 İyul 2025 - 16:02)
Asan11

2025-ci il iyulun 14-də Ədliyyə Akademiyasında ədliyyə orqanlarına işə qəbul olunan şəxslər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d) Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.

Tədris zamanı VK sədri ədliyyə sisteminə yeni qoşulan əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında vəkillik institutunun inkişafı istiqamətində son illər ərzində həyata keçirilən islahatlardan, göstərilən dövlət dəstəyindən və bu sahədə qarşıya qoyulan mühüm hədəflərdən ətraflı danışıb.

Anar Bağırov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə vəkilliyin inkişafı yeni mərhələyə qədəm qoyub, bunun nəticəsində hüquqi yardımın keyfiyyəti və vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər ədliyyə sistemində də peşəkar və vətəndaş yönümlü yanaşmaların gücləndirilməsinə xidmət edir.

Tədris zamanı sədr iştirakçılara hüquqi biliklərin artırılması, etik davranış standartlarının gözlənilməsi, qeyri-prosessual münasibətlərdən yayınma və vəkillərlə işgüzar əməkdaşlıq prinsipləri haqqında vacib tövsiyələr verib. Eyni zamanda Anar Bağırov vəkillərin hüquq sistemindəki rolu, ədliyyə orqanları ilə qarşılıqlı münasibətləri və etik çərçivələrin praktik əhəmiyyəti barədə geniş izahlar təqdim edib.

Tədrisin sonunda iştirakçılarla interaktiv müzakirə aparılıb, onların sualları cavablandırılıb və təcrübəyə əsaslanan fikir mübadiləsi həyata keçirilib.

AzPost.az

Post navigation

Previous: Vergi borcu olan şirkət rəhbərlərinə ölkədən çıxmaq qadağan edildi
Next: Köçürülmə istəyən tələbələr bunları billməlidir

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM

User 07 Noyabr 2026 - 13:48
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam...
Read more about Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM
“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.