“Vətən Müharibəsi qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında” qanun hazırlanacaq

Nazirlər Kabineti “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qərar qəbul edib.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, təhsil müəssisələrində milli qəhrəmanlara, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunacaq.

Eyni zamanda qərara əsasən, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası “Azərbaycanın Vətən Müharibəsi qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflər hazırlayacaqlar.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasına bu qanun layihəsini 2022-ci ilə qədər hazırlamaq tapşırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir