“Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsinin növbəti tədbiri keçirilib

Noyabrın 18-də Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin QHT Dövlət dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Vətən Torpağını Qanları ilə Suvaranlar” adlı layihə çərçivəsində növbəti tədbir keçrilib.

Tədbir tələbə gənclər ilə Şəhid Ailələri və Qazilərin görüşündən ibarət olmuşdur. Layihə rəhbəri Qarabağ Qazisi Firidun Məmmədov layihənin məqsədləri ilə bağlı məlumat verərkən, öncə verdiyi dəstəyə görə QHT DDA- YA öz təşəkkürünü bildirmiş və qoyulan məsələnin çox əhəmiyyətli olduğundan danışmışdır. Əsas məqsədin Şəhidlərimizə və Qazilərmizə hörmət və rəğbətin artırılması, onların ailə üzvülərnə, yaxınlarına xüsusi diqqət və qayğının vacibliyini təbliğ etməkdən ibarət olduğunu bildirdi. Bu insanlar Xalqımızın vətənpərvərlik nümunəsi  və qəhrəmanlıq sinvolu olduğunu vurğuladı. Şəhidlərimizin xatirəsi yad edildikdən və Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçılarına söz verildi.

Çıxış edən Şəhid anası Arzu Hüseynova təşəkkürünü bildirdikdən sonra Şəhid ailələrinə xüsusi diqqətin mühüm olmasından danışdı. O, bildirdiki, Şəhid Ailələrnin maddidən çox mənəvi dəstəyə ehtiyacı var onagörədə hər kəsin diqqətli olması çox vacibdir. Qarabağ Qazisi Ziyad Müslümov gəncləri   salamladı və onlara uğurlar arzuladı. Sonra öz hekayəsin danışarkən hər bir vətəndaşın öz canını ətənə qurban verməyə hazır olmasının  vacibliyindən danışdı.

Tələbələrdən Mişahin Bayramov söz alaraq Şəhidlərimizə və Qazilərmizə sevgisini və Azərbaycan ordusunun qüdrətiylə fəxr etdiyini bildirdi.O, qeyd etdi ki, qələbəmiz sayəsində bu gün Azərbaycan gəncləri daha vətənpərvər və aktivdilər. Sonra qonağlardan Şəhid Ailələri Zeynalova Almaz, Bəşirova Xavər, İsmayılov Yusif, Veysəlov İsmayıl və gənclərdən bir neçəsi söz alaraq fikirlərini bildirdilər.Tədbirin iştirakçılarına hədiyyə paketi verildi və tədbir başa çatdı.

 

 

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.