Vətəndaş Həmrəyliyi Partiyası qeydiyyata alınıb

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yenidən təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

Bu barədə partiyanın sədr müavini Samir Əsədli məlumat verib.

O qeyd edib ki, Nazirlik VHP üzvlərinin reysterini təsdiq edib: “Növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcəyik”.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.