Vətəndaşlar 10 ayda içki və siqaretə 2 milyard manat xərcləyiblər

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 959.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müayisədə bu göstəricinin həcmi 5.7% və ya 106.2 milyon manat çoxdur. Belə ki, 2022-ci ilk 10 ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 853.4 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Qeyd edək ki, cari ilin oktyabr ayında isə bu göstəricinin həcmi 208.9 milyon manat təşkil edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.