Vətəndaşları təhqir edən məmur işdən çıxarıldı (FOTO)

Quba rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov rayonun Xucbala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Rauf Adil oğlu Şıxməmmədovu tutduğu vəzifədən azad edib.
AzPost Bizim.Media-a istinadla xəbər verir ki, Rauf Şıxməmmədov sosial şəbəkədə təhqiramiz fikirlər yazdığına görə postunu itirib.
Belə ki, icra nümayəndəsi sosial şəbəkələrdə Qubanın qədim yaşayış məntəqələrindən olan Buduq kəndi və buduqlular barədə təhqiramiz ifadələr işlədib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.